ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
25.02.2026 20:50 Dünya

ABŞ İrana qarşı sanksiyaları genişləndirərək bir sıra qurumları, şəxsləri və gəmiləri sanksiya siyahısına əlavə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin rəsmi saytında dərc olunub. 

Məlumata görə, sənəddə, həmçinin dörd İran vətəndaşının və 12 gəminin adı qeyd olunub. 

Bundan əlavə, İran, Liberiya, BƏƏ, Panama, Türkiyə, eləcə də Virciniya və Marşal adalarında qeydiyyatdan keçmiş 17 hüquqi şəxs sanksiyalara məruz qalıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər