ABŞ - İran sülhünün "qiyməti" açıqlandı - 24 milyard dollar...

ABŞ - İran sülhünün "qiyməti" açıqlandı - 24 milyard dollar...
26.05.2026 15:07 Dünya

Tehran və Vaşinqton arasında mümkün sülh sazişinin bir hissəsi kimi məlumat mübadiləsi memorandumu çərçivəsində təxminən 24 milyard dollar dəyərində İran aktivləri dondurulmadan azad oluna bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, İran tərəfi memorandumu imzaladıqdan dərhal sonra bu məbləğin yarısını (təxminən 12 milyard dollar) əldə etmək istəyir. Qalan hissə isə növbəti 60 gün ərzində əlçatan olacaq. 

Bu memorandum Tehranla Vaşinqton arasında sülh sazişinin mühüm komponenti kimi qiymətləndirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və bir sıra məsələlər, o cümlədən Hörmüz boğazının açılması, sanksiyaların yüngülləşdirilməsi və digər aspektlər müzakirə olunur.

Qeyd edək ki, İranın ümumi dondurulmuş aktivlərinin həcmi 100 milyard dollardan çox qiymətləndirilir. Bu razılaşma potensial olaraq Tehran üçün mühüm maliyyə resursları açacaq. 

Onu da qeyd edək ki, bu gün gecə saatlarından (26 may) İran və ABŞ-İsrail qüvvələri arasında toqquşmalar yenidən canlanıb. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər