ABŞ İranın hərbi hədəflərini vurur
Ali Baş Komandanın göstərişi ilə ABŞ qüvvələri İranın Hörmüz boğazında gəmiçiliyi təhdid etmək imkanlarını zəiflətmək məqsədilə yeni zərbələr endirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumatda bildirilib ki, əməliyyatın məqsədi beynəlxalq sularda naviqasiya azadlığını qorumaqdır:
“ABŞ İranı son dövrlərdə kommersiya gəmilərinə və Hörmüz boğazından keçən mülki dənizçilərə qarşı həyata keçirilən hücumlara görə məsul hesab edir”.