ABŞ generalı: “NATO uzaqmənzilli silah istehsalını artırmalıdır”

ABŞ generalı: “NATO uzaqmənzilli silah istehsalını artırmalıdır”
13.07.2025 17:15 Dünya

ABŞ general-mayoru Con Rafferti NATO ölkələrini Rusiyaya qarşı caydırıcılığı gücləndirmək üçün uzaqmənzilli silah istehsalını artırmağa çağırıb.

TodayPress TV xəbər verir ki, onun sözlərini “Reuters” yayıb.

General qeyd edib ki, hazırda Rusiya ordusu xüsusi hərbi əməliyyatın əvvəlindəki vəziyyətlə müqayisədə daha güclüdür.

“Rusiyanın uzaqmənzilli raketlərə, müasir hava hücumundan müdafiə sistemlərinə sərmayəni davam etdirəcəyini bilirik. Bu səbəbdən alyansın imkanlarını genişləndirmək vacibdir”, – deyə Rafferti vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər