ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşdu

ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşdu
22.11.2025 22:50 Dünya

Oktyabrın 16-da "United Airlines"a məxsus "Boeing 737 Max" sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteoroloji məlumatlar üçün istifadə edilən hava şarı ilə toqquşduqdan sonra Yuta ştatının Solt-Leyk-Siti şəhərində təcili eniş edib.

TodayPress TV-nin  məlumatına görə, bu barədə "New York Post" (NYP) ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.

Belə ki, Vaşinqton ştatının Spokan şəhərindən hava şarını buraxan WindBorne Systems şirkəti vaxtaşırı ona nəzarəti itirdiyini etiraf edib ki, bu da insidentə səbəb ola bilər.

Nəşr bildirib ki, zond təyyarənin ön şüşəsini sındırıb, pilotların otağı şüşə qırıntıları ilə dolub. Bundan sonra ekipaj təcili eniş etmək məcburiyyətində qalıb. Sərnişinlərdən xəsarət alan olmayıb.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər