ABŞ-də qocalar evində yanğın: 9 ölü, 30 yaralı
ABŞ-nin Massaçusets ştatında yerləşən qocalar evində baş verən güclü yanğın nəticəsində azı 9 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Hadisə iyulun 13-də axşam saatlarında Fall River şəhərindəki "Gabriel House" qocalar evində baş verib. Bildirilir ki, yanğın zamanı binada təxminən 70 nəfər sakin olub. Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürən cəlb olunub.
Məlumata görə, qalın tüstü və alov bina daxilində insanların çıxış yolunu bağlayıb. Yaralananların çoxu xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
Türkan İsgəndərli