ABŞ-də baş verən yanğında 9 nəfər həyatını itirdi
ABŞ-nin Massaçusets ştatında yerləşən qocalar evində güclü yanğın baş verib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 70 nəfərin yaşadığı müəssisədə alovun qarşısı alınıb, lakin 9 nəfər həyatını itirib.
Yanğından xilas edilən bir neçə nəfərin xəstəxanaya yerləşdirildiyi, hadisə zamanı 5 yanğınsöndürənin isə yüngül xəsarət aldığı bildirilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Qiymət Mahir