ABŞ Çinə nəzarəti gücləndirmək üçün milyardlar ayırır
Dünya
25.02.2026 23:20
ABŞ rəsmiləri Çinin hərbi fəaliyyətinə nəzarəti gücləndirmək üçün daha 12,6 milyard dollar xərcləməyi planlaşdırırlar.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Konqresinə təqdim edilmiş sənədə istinadən məlumat yayıb.
Bildirilib ki, Pentaqon, ABŞ-nin Çinin Asiyada görünməmiş hərbi gücünün qarşısını almağa çalışdığı bir vaxtda Çinin hərbi manevrləri, sualtı qayıqları və peykləri üzərində nəzarəti yaxşılaşdırmaq üçün əlavə 12,6 milyard dollar xərcləməyi planlaşdırır.
Nəşrin məlumatına görə, bu xərclər Pentaqonun maliyyə ili üçün qəbul edilmiş 893 milyard dollarlıq müdafiə büdcəsindən əlavə olaraq nəzərdə tutduğu təxminən 152 milyard dollarlıq əlavə maliyyələşdirməyə daxildir.
Aysel Mətləb
tag: ABŞ,Pentaqon,Çin,Hərbi,Todaypress.tv,
