ABŞ Belarus Maliyyə Nazirliyinə qarşı sanksiyaları ləğv etdi
Dünya
27.03.2026 04:30
ABŞ Belarus Maliyyə Nazirliyinə, Belarus İnkişaf Bankına və "Beloruskali" şirkətinə, eləcə də onlarla əlaqəli bəzi təşkilatlara qarşı sanksiyaları ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Sənəddə qeyd edilib ki, sanksiyalara cavabdeh olan Xarici Aktivlərə Nəzarət İdarəsi Belarus İnkişaf və Yenidənqurma Bankı “Belinvestbank” və bəzi əlavə təşkilatların iştirakı ilə əməliyyatların həyata keçirilməsinə dair 14 nömrəli ümumi lisenziya verir.
“Xarici Aktivlərə Nəzarət İdarəsi, həmçinin ABŞ Dövlət Departamenti ilə məsləhətləşmələrdən sonra müəyyən edib ki, mövcud şərait Belarus Respublikasının Maliyyə Nazirliyi və Belarus Respublikasının İnkişaf Bankına qoyulan qadağaların qüvvədə qalmasına artıq əsas vermir”, - deyə məlumatda vurğulanıb.
Aysel Mətləb
tag: Belarus,ABŞ,Sanksiya,Ləğv,TodayPress TV,
