ABŞ avqustun 1-dən Aİ və Meksikadan gələn mallara 30 faiz rüsum tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə şənbə günü Mexiko və Brüsselə göndərdiyi iki mesajda bildirib.
“Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün Aİ ölkələrindən gələn mallara cəmi 30% rüsum tətbiq edəcəyik”, - o yazıb.
Eyni zamanda Tramp danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib.