ABŞ 100 iranlını deportasiya etdi

ABŞ 100 iranlını deportasiya etdi
30.09.2025 10:03 Dünya

ABŞ hökuməti təxminən 100 iranlını ölkədən çıxarır. 

TodayPress TV xəbər verir ki, bu barədə İran və ABŞ rəsmiləri məlumat verib.

Deportasiya edilən iranlıları daşıyan xüsusi təyyarə sentyabrın 29-da axşam Luizianadan havaya qalxıb. Təyyarə sentyabrın 30-da Qətərdə qısa dayanacaq etdikdən sonra İrana çatacaq.

İran Xarici İşlər Nazirliyi bildirib ki, bu şəxslərin qayıdışı koordinasiya olunur və onların təhlükəsizliyi təmin edilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər