7.5 ballıq zəlzələ buzları əritdi - Tramp bu dəfə də fəlakəti fürsətə çevirdi

7.5 ballıq zəlzələ buzları əritdi - Tramp bu dəfə də fəlakəti fürsətə çevirdi
25.06.2026 10:47 Dünya

Venesuelada baş verən şiddətli zəlzələ iki ölkə arasındakı siyasi soyuqluğu arxa plana keçirib.

TodayPress TV xəbər verir ki, ölkənin Prezident Elçisi Delsi Rodrigez, faciədən dərhal sonra Venesuela xalqına dəstək nümayiş etdirən və rəsmi Karakasla daim əlaqədə olan ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına xüsusi minnətdarlığını bildirib.

Rodrigez bu çətin günlərdə uzadılan humanitar kömək əlini ölkəsinin heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, Yaracuy ştatında ard-arda baş verən 7,2 və 7,5 bal gücündəki iki güclü yeraltı təkan nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb və onlarla bina tamamilə dağılıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər