Zəngilana daha 41 ailə köçürüldü
Zəngilanın Ağalı kəndinə daha 41 ailə olmaqla, 110 nəfər köçürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, Bakı şəhərindən – 29 ailə (79 nəfər), Abşeron rayonundan – 5 ailə (13 nəfər), Sumqayıt şəhərindən – 5 ailə (12 nəfər), Biləsuvar rayonundan – 1 ailə (3 nəfər) və Sabirabad rayonundan – 1 ailə (3 nəfər) daimi məskunlaşmaq üçün Ağalıya yola düşür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Zəngilan 2020-ci oktyabrın 20-də erməni işğalından azad edilib.
Prezidentin 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama görə oktyabrın 20-si "Zəngilən Şəhəri Günü" kimi qeyd edilir.
Aynur TAC