Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
TodayPress TV xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yaxınları məlumat paylaşıb.
Bildirilib ki, o, ötən gün 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Rüstəmzadə Süleyman Rüstəmin yeganə övladıdır. Onun bir oğlu, bir qızı var.
Məlumat üçün qeyd edək ki, mərhum ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub. 1989-2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib.