Ramin Məmmədov: “Azərbaycan dini fərqliliklərə hörmətlə yanaşır”
Cəmiyyət
24.12.2025 10:26
“Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini müxtəlifliyə hörmətlə yanaşan və tolerantlığı həyat tərzinə çevirən ölkədir”.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda deyib.
O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin qarşılıqlı hörmət və sevgi şəraitində bir ailə kimi yaşadığı nadir mənəvi mərkəzlərdən biri olub. Ramin Məmmədov bildirib ki, tolerantlıq bu coğrafiyada hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir.
Onun sözlərinə görə, Qafqaz Albaniyasından miras qalan məbədlər, İslamın gəlişi ilə formalaşan minarələr, eləcə də sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır. Komitə sədri vurğulayıb ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır.
Qiymət Mahir
tag: Ramin Məmmədov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
