Pensiya alanlara ŞAD XƏBƏR: Bu gündən...

Pensiya alanlara ŞAD XƏBƏR: Bu gündən...
11.02.2026 14:12 Cəmiyyət

Naxçıvan Muxtar Respublikası (MR) üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

TodayPress TV xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin 2026-cı il 9 fevral tarixli "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamına uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər