Leysan yağacaq, yolların buz bağlaması gözlənilir - XƏBƏRDARLIQ

Leysan yağacaq, yolların buz bağlaması gözlənilir - XƏBƏRDARLIQ
15.12.2025 13:26 Cəmiyyət

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər