Dənizlə neft və neft məhsullarının daşınması 12%-ə yaxın artdı

Dənizlə neft və neft məhsullarının daşınması 12%-ə yaxın artdı
26.08.2025 12:40 Cəmiyyət

Bu ilin birinci yarısında dəniz nəqliyyatı ilə 2 246,6 min ton neft və neft məhsulları daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-iyun aylarında ölkədə dəniz nəqliyyatı ilə 2 009,3 min ton neft və neft məhsulları daşınıb.

Cari ilin birinci yarısında isə Azərbaycanda dəniz nəqliyyatı ilə ümumilikdə 4 611,5 min ton yük daşınıb ki, bu da 11,8% artım deməkdir. Beləliklə, hesabat dövründə bu nəqliyyat növü ilə daşınan yüklərin 48,7%-ni neft yükləri təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər