Beynəlxalq səyyahlar Ağdam şəhərindədir
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
TodayPress TV xəbər verir ki, onlar səfər çərçivəsində Ağdam şəhərinə gəliblər.
Beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhərində burada həyata keçirilən tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.