Yer kürəsində maqnit qasırğası davam edir - Alimlərdən xəbərdarlıq

Yer kürəsində maqnit qasırğası davam edir - Alimlərdən xəbərdarlıq
01.10.2025 13:43 Cəmiyyət

Sentyabrın 30-da Yer kürəsini vuran maqnit qasırğası artıq 30 saata yaxındır ki, davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb. 

Maqnit qasırğası yerli vaxtla saat 04:00 radələrində başlayıb. Bu müddət ərzində fırtınanın əhatə dairəsi iki dəfə azalıb, intensivliyi isə zəifləyərək əvvəlki "G3+" səviyyəsindən "G1-G2" aralığına enib.

Bununla belə, ekspertlər bildiriblər ki, son 24 saat ərzində planetlərarası mühitin parametrləri mənfi istiqamətdə dəyişib. Günəş küləyinin sürəti saniyədə 400 kilometrdən 700 kilometrə qədər artıb, plazmanın temperaturu isə üç dəfə yüksələrək 300 min dərəcəyə çatıb.

Növbəti 24 saat üçün verilən proqnoz isə hələ də əlverişsiz sayılır. Alimlərin sözlərinə görə, qasırğanın yaxın saatlarda "sarı" – yəni nisbətən zəif səviyyəyə düşməsi mümkündür. Lakin nə Günəşdə, nə də Yerə yaxın kosmosda şəraitin stabilləşməsi gözlənilmir.

Maqnit qasırğaları texnoloji avadanlıqlara, o cümlədən peyklərə, rabitə və naviqasiya sistemlərinə, həmçinin bəzi insanlarda sağlamlıq durumuna təsir göstərə bilər. Alimlər əhalini ehtiyatlı olmağa və zəruri hallarda tədbir görməyə çağırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Bütün Xəbərlər