Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR

Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR
03.06.2026 11:58 Dünya

Gürcüstandan azərbaycanlı da daxil olmaqla 84 əcnəbi deportasiya olunub.

TodayPress TV xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlər həyata keçirilən tədbirlər nəticəsində 84 əcnəbi ölkədən çıxarılıb.

Məlumata görə, Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə keçirdiyi kompleks tədbirlər çərçivəsində Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tayland və digər ölkələrin vətəndaşları olan ümumilikdə 84 nəfəri Gürcüstan ərazisindən deportasiya edib.

Nazirlik bildirib ki, deportasiya edilən şəxslər Gürcüstanda qalma qaydalarını pozduqlarına görə ölkədən çıxarılıblar.

Ölkənin qüvvədə olan qanunvericiliyinə əsasən, deportasiya olunmuş şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə də qadağa tətbiq olunub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər