Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?

Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
14.05.2026 14:45 Sosial

İran ətrafında və Hörmüz boğazında baş verən hadisələr, ABŞ-İsrail-İran qarşıdurması və logistika yollarının tam açılmaması enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərir. Neftin bahalaşması aviakerosinin də qiymətini artırıb və hazırda bu sahədə 40%-dən çox bahalaşma müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal enerji bazarında baş verən proseslərin aviasiya və turizm sektoruna təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, yanacaq aviaşirkətlərin uçuş qiymətlərini müəyyənləşdirməsində əsas meyarlardan birini təşkil edir:

“Aviabiletlərin maya dəyərinin təxminən 35-40%-i yanacağın payına düşür. Ona görə də yanacağın bahalaşması onların qiymət strategiyasına birbaşa təsir edir. Amma məsələ təkcə qiymət artımı deyil, hazırda aviakerosin çatışmazlığı problemi də yaşanır.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dünyada əsas aviayanacaq ixracatçıları sırasında yer alır və regiondakı gərginlik bu tədarük zəncirinə təsir göstərir. Hazırda ABŞ Avropa bazarına daha çox aviayanacaq satmağa başlayıb və bundan əsas qazanan da Amerika şirkətləri olur. Amma yay turizm mövsümünün yaxınlaşması fonunda aviayanacaq çatışmazlığı bir çox aviaşirkəti bəzi reysləri təxirə salmağa və ya daha rentabelli istiqamətlərə üstünlük verməyə məcbur edə bilər”.

N.Cəfərli vurğulayıb ki, problemin uzanması qlobal turizm sektorunda ciddi çətinliklər yarada bilər:

“Turizm qlobal iqtisadiyyatda mühüm yer tutur və bir çox sahəni öz arxasınca aparır. Əgər münaqişə uzansa və mayın sonuna qədər vəziyyət sabitləşməsə, iyun ayından başlayacaq turizm mövsümü həm aviaşirkətlər, həm də turizm sektoru üçün ciddi problemlərlə müşayiət oluna bilər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyətin yumşalması ehtimalı var:

“Bu vəziyyət İran üçün də ciddi iqtisadi zərbədir. Ölkə artıq uzun müddətdir blokada şəraitində yaşayır və ixrac imkanlarında problemlərlə üzləşir. ABŞ prezidentinin Çinə səfəri də Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər. Çünki Çin də həmin marşrutda yaranan problemlərdən zərər görən əsas ölkələrdən biridir”.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Bütün Xəbərlər