Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI
04.06.2026 20:01 Dünya

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub.

TodayPress TV xəbər verir ki, bu barədə Əraqçi "Al Mayadeen"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.

"Dağıntıların altından çıxarkən bütün düşüncəm ona (Xameneiyə) hücum edilib-edilmədiyindən ibarət idi. Rəhbərin şəhid olma xəbəri yayılana qədər - müharibənin ilk iki günü onun başına nə gəldiyi ilə bağlı həddindən artıq narahat idim", - Əraqçi qeyd edib.

İran XİN rəhbəri "Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini" vurğulayıb.

O, yeni Ali Rəhbərin - Ayətullah Seyid Müctəba Xameneinin seçilməsinə diqqət çəkərək, "İran İslam Respublikasındakı sistemin ayrı-ayrı şəxslərdən asılı olmayacaq qədər güclü olduğunu" qeyd edib.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 Bütün Xəbərlər