"O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir?
"Rusiya ilə Ukrayna üzrə aparılan danışıqlarda Avropa İttifaqını (Aİ) Almaniya kansleri Fridrix Merts təmsil etməlidir".
TodayPress TV xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş bildirib.
"Mənim fikrimcə, bu, birmənalı olaraq Avropa Şurasının və Avropa Komissiyasının mandatı əsasında Rusiya ilə Ukrayna üzrə danışıqlarda hər hansı bir diplomatik missiyaya rəhbərlik edəcək Almaniya kansleri Merts olmalıdır", – deyə o vurğulayıb.
Babişin sözlərinə görə, Ukraynadakı münaqişəni daha tez bitirmək lazımdır və Aİ bu işdə mühüm rol oynaya bilər.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp hazırda ilk növbədə Yaxın Şərq problemlərinə və Hörmüz boğazında gəmiçiliyin bərpasına diqqət ayırıb.
Aysel Mətləb