"Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov

"Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov
04.06.2026 20:10 Dünya

"BƏƏ ilə İran arasında dialoq istənilən halda baş tutmalıdır".

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "RT Arabic" telekanalına müsahibəsində bildirib.

O xatırladıb ki, mayın ortalarında keçirilən BRİCS Xarici İşlər Nazirləri Şurasının iclasında İran və BƏƏ arasında ciddi mübahisə yaşanıb. Lakin buna baxmayaraq, həm sədrlik edən Hindistan, həm də bu görüşdə iştirak edən digər BRİCS ölkələri BƏƏ ilə İran arasında dialoqun qurulması üçün yollar tapmağa çalışıblar.

"Bu dialoq istənilən halda nə vaxtsa baş tutmalıdır. Biz Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra digər ərəb ölkələrinin belə bir dialoqa hazır olduğunu görürük. Və təbii ki, bu qarışıqlığı yaradanlar, bu avantüranı başladanlar ərəblərin İranla yaxınlaşmasını, hətta yaxınlaşmasını da deyil, sadəcə münasibətlərin normallaşmasını heç istəmirlər", - deyə Lavrov qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər