Aİ altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir
Avropa İttifaqı (Aİ) qarşıdakı sammitdə Qərbi Balkanlardan olan altı namizəd ölkənin bloka daxilolma prosesini sürətləndirmək üçün yeni yollar axtaracaq.
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Belqradda keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.
Monteneqronun Tivat şəhərində keçiriləcək sammitdə Avropa liderləri və namizəd ölkələrin nümayəndələri blokun genişlənmə metodologiyasına yenidən baxmağı planlaşdırırlar. Koştanın sözlərinə görə, Aİ prosesin ləng getməsi səbəbindən namizədlər arasında məyusluq yaranmasının qarşısını almağa və nəticələrə daha tez nail olmaq üçün yollar tapmağa çalışır.
"Genişlənmə utopiya deyil, yaxın illərdə reallığa çevrilə biləcək bir şeydir. Bunun üçün biz daha çox və daha sürətlə işləməliyik", - deyə Avropa Şurasının sədri vurğulayıb.
Aysel Mətləb