Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir
Macarıstan Avropa İttifaqı (Aİ) Müqaviləsinin 7-ci maddəsi üzrə başladılmış prosedurun dayandırılmasına nail olacağına ümid edir.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar Budapeştdə irlandiyalı həmkarı Mixol Martin ilə görüşündən sonra o məlumat verib.
Bildirilib ki, bu maddə ölkənin bəzi hüquqlardan, o cümlədən səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.
Nazir qeyd edib ki, bu məsələnin həllində ilin ikinci yarısında Aİ Şurasına sədrlik edəcək İrlandiyanın köməyinə ümid bəsləyir:
"Viktor Orbanın (keçmiş baş nazir - red.) rəhbərlik etdiyi əvvəlki hökumət, birliyin fundamental prinsiplərinin sistematik şəkildə pozulması halında tətbiq edilə bilən bu prosedurun ləğv edilməsinə nail ola bilməmişdi. Lakin indi biz bu proseduru dayandırmaq üçün əlimizdən gələni etməyə hazırıq".
Onun fikrincə, avropalı deputatlar öz qərarlarını geri götürməlidirlər. Madyar bu məsələ ilə bağlı yaxın vaxtlarda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüş keçirməyi planlaşdırdığını da bəyan edib.
Aysel Mətləb