Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı

Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı
04.06.2026 19:55 Dünya

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hökumət buraxılış məntəqələrinin bağlanma müddətini uzatmaq və beynəlxalq müdafiə ilə bağlı müraciətlərə baxılmasını mərkəzləşdirmək barədə qərar qəbul edib. Qərar növbəti bildirişə qədər qüvvədədir", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Finlandiya və Rusiya arasındakı quru sərhədində yerləşən buraxılış məntəqələri 15 dekabr 2023-cü il tarixindən etibarən bağlanıb. Beynəlxalq müdafiə üçün müraciətlərə baxılması Finlandiyanın xarici sərhədlərində açıq olan hava və su buraxılış məntəqələrində mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

DİN-in məlumatına görə, hökumətin qərarları istənilən effekti verib, yəni Finlandiyanın şərq sərhədində alətə çevrilmiş giriş (miqrantların axını - red.) müvəqqəti olaraq dayandırılıb. Finlandiya tərəfi hesab edir ki, "alətə çevrilmiş giriş Rusiyanın təzyiq göstərmək, həmçinin Finlandiya və Aİ-nin təhlükəsizliyinə və sosial sabitliyinə təsir etmək vasitələrindən biridir".

Ölkə rəsmiləri şərq sərhədindəki hər səkkiz sərnişin keçid məntəqəsinin bağlanması barədə dəfələrlə qərar qəbul ediblər və bunu Rusiya tərəfinin üçüncü ölkələrdən gələn miqrantları kütləvi şəkildə Finlandiya sərhədinə yönləndirməsi ilə əsaslandırıblar. Onlar bu vəziyyəti Rusiyanın təşkil etdiyi "hibrid hücumlar" və təhlükəsizliyə təhdid kimi qiymətləndirirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər