İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi

İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi
04.06.2026 18:15 Dünya

İtaliya parlamentinin aşağı palatası hökumətə dayanıqlı nüvə enerjisi istehsalı, nüvə sintezi tədqiqatları və radioaktiv tullantıların idarə edilməsi barədə qaydalar hazırlamaq səlahiyyəti verən çərçivə qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

Qanun layihəsi 155 lehinə, 86 əleyhinə səslə qəbul edilib və yekun təsdiq üçün Senata göndərilib. Parlamentin hər iki palatası tərəfindən bəyənildikdən sonra sənəd hökumətə dayanıqlı nüvə mənbələrindən enerji istehsalını tənzimləmək, nüvə sintezini araşdırmaq və radioaktiv tullantıları idarə etmək səlahiyyəti verəcək.

Mətbuat konfransında çıxış edən Ətraf Mühit və Enerji Təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib ki, Milad bayramına qədər nüvə çərçivə qanununun icrası ilə bağlı fərmanlar hazır olacaq.

Piketto İtaliyadakı ilk operativ reaktorların 2034–2035-ci illərdə fəaliyyətə başlaya biləcəyini qeyd edib. O vurğulayıb ki, hökumət ölkəni hüquqi baza ilə təmin etmək istəyir ki, bu da gələcək onilliklər üçün enerji təchizatını təhlükəsiz qılmaq üçün lazımi qərarların qəbul edilməsinə imkan verəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər