Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar"
Kiyev Ankoric razılaşmalarına əsaslanan kompromislərlə razılaşarsa, Ukraynadakı münaqişə yaxın vaxtlarda başa çata bilər.
TodayPress TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Biz, şübhəsiz ki, Trampla (ABŞ Prezidenti) Ankoricdə müzakirə etdiklərimizə əsasən, Ukrayna ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Ankoricdə müzakirə etdiyimiz güzəştlərə getməyə də hazırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır", - deyə lider qeyd edib.
Qeyd edək ki, söhbət ABŞ-nin təklifi ilə 2025-ci ilin avqustunda Ankoricdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ali səviyyədə əldə olunmuş razılaşmalardan gedir.
Aysel Mətləb