Zelenskidən Tarixin ƏN MÜHÜM TƏKLİFİ! Rusiya və Ukrayna Azərbaycanda görüşsün

Xarici siyasət

25.04.2026 13:46

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlara belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq".

TodayPress TV

tag: Rusiya,Ukrayna,Azərbaycan,Zelenski,Todaypress.tv,