Yannik Sinner: Onsuz hər şey fərqlidir!
Xarici siyasət
27.04.2026 13:52
Dördqat “Böyük Dəbilqə” çempionu, dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner Karlos Alkarasın yoxluğu barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, “Tennis Channel”in studiyasında ispaniyalı tennisçinin Madrid “Masters” turnirində iştirak etməməsinin tennis dünyası üçün böyük itki olduğunu bildirib.
“Əlbəttə, Karlosun yoxluğu hiss olunur və biz ona tezliklə sağalmağı arzulayırıq.
Amma mən onun haqqında mətbuat konfranslarında çox danışmışam... Bəli, onun burada olmaması hiss edilir. Bu, şübhəsiz ki, Romada da, xüsusilə də “Rolan Qarros” turnirində hiss olunacaq. Çünki bu, “Böyük Dəbilqə” turniridir və o, hazırkı çempiondur. Onun yoxluğu tennis dünyası üçün tamam başqa bir şeydir.
Dediyim kimi, tennisə Karlos lazımdır. O yanında olanda hər şey daha parlaq görünür - başqa enerji, azarkeşlərin reaksiyası hiss olunur”, - deyə Sinner deyib.
Xatırladaq ki, Alkaras bilək nahiyəsindən aldığı zədə səbəbindən Madrid və Roma “Masters”lərini, eləcə də qarşıdakı “Rolan Qarros” turnirini buraxacaq.
Namiq HUN
tag: Yannik Sinner,Böyük Dəbilqə,Reytinq,Karlos Alkaras,Todaypress.tv,
