XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı

XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı
09.07.2026 10:11 Xarici siyasət

Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi bizə bildirilib.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin razılaşdırılması idi: “Bunu ABŞ-da dəstəkləyir. Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir".

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər