Tofiq Musayev BMT-nin barışıq sazişləri haqqında konvensiyasını imzaladı

Xarici siyasət

23.04.2026 21:00

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - məlumatda bildirilib.

tag: Azərbaycan, BMT, Tofiq Musayev,Hüquq Məsələləri İdarəsi, todaypress.tv,