Slovakiya Prezidenti: "Enerji təchizatımız təhlükə altında olduqda biz Azərbaycana müraciət edə bilərik"

Xarici siyasət

09.12.2025 16:15

"Ola bilsin məhz buna görə və həm də şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır".

TodayPress TV xəbər verir ki, bunu Slovakiyanın Prezidenti Peter Pelleqrini Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafət zamanı deyib.

"Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma “sülhə nail olmaq mümkündür” kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik", - Peter Pelleqrini bildirib.

TodayPress TV

tag: Slovakiya,Azərbaycan, Prezidenti İlham Əliyev, Peter Pelleqrini,Todaypress.tv,