Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR

Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR
13.07.2026 21:50 Xarici siyasət

İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

S.Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan Parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin, Pan-Afrika Parlamenti ilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər