Ruanda Prezidenti Azərbaycana səfərə gəldi

Ruanda Prezidenti Azərbaycana səfərə gəldi
19.09.2025 20:00 Xarici siyasət
Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ruanda Respublikasının Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər