Qüdsi Osmanov Rumıniyanın Yassı şəhərinin meri ilə görüşdü

Qüdsi Osmanov Rumıniyanın Yassı şəhərinin meri ilə görüşdü
30.09.2025 17:58 Xarici siyasət

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun 30 sentyabr tarixində Yassı şəhərinin meri Mihay Kirika ilə görüşü keçirilib.

Bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyinin Mətbuat xidmətindən TodayPress TV-yə bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycan ilə Rumıniya strateji əməkdaşlıq münasibətləri, xüsusən Yassı şəhəri ilə əməkdaşlıq perspektivləri müzakirə mövzusu olub.

Yassının meri Mihay Kirika qeyd edib ki, Azərbaycan regionda güclü mövqeyə malik olan ölkə kimi, Avropa üçün böyük əhəmiyyət kəsb edir. O, Azərbaycan ilə Yassı arasında enerqetika, qida məhsullarının ixracı, müdafiə sahələrində əməkdaşlıq imkanları üçün maraqlı olduqlarını bildirib.

M.Kirika Yassının sürətlə inkişaf etməsini vurğulayaraq Azərbaycan investorlarını Yassıya dəvət edib. Bundan əlavə, şəhərin meri mədəni-humanitar sahədə, xüsusən universitetlər arasında əməkdaşlığın inkişaf etməsi üçün bütün şəraitin olmasını vurğulayıb. O, Yassı şəhərində Rumıniyanın beş iri nüfuzlu universitetinin fəaliyyət göstərdiyini, 65 minə yaxın tələbənin təhsil aldığını qeyd edib.

Qüdsi Osmanov öz növbəsində iki ölkənin regionları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, Yassının merini Azərbaycana səfər etməyə dəvət edib. Səfir, o cümlədən qarşı tərəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan miqyaslı bərpa-tikinti işlərindən danışıb. Eyni zamanda o Rumıniya tərəfini, Azərbaycanın Qarabağ İqtisadi regionu ilə əməkdaşlığa çağırıb, hətta regionun şəhərlərinin biri ilə qardaşlıq haqqında sazişin imzalanması məsələsinə baxılmasını təklif edib. Bundan əlavə, diplomat ölkəmizin universitetlərarası əlaqələrin qurulması və inkişafına hazır olduğunu dilə gətirib.

Qeyd edilməlidir ki, Rumıniyanın Yassı şəhəri son 15 ildə Avropanın üçüncü ən sürətlə böyüyən şəhərləri sırasındadır, əhalisinə görə paytaxt Buxarestdən sonra Rumıniyanın ikinci şəhəridir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər