Qayanadan örnək layihə: Tək qadınlar üçün xüsusi mənzil proqramı yaradılıb

Xarici siyasət

17.05.2026 17:41

“Biz ölkəmizi elə təqdim edə bilmişik ki, həm resurslardan istifadə edə biləcəyimizi, həm də ətraf mühiti qoruyacağımızı nümayiş etdirək. Strategiyamız sayəsində karbon kreditlərindən gəlir qazanmağı bacarmışıq və kiçik bir ölkə olmağımıza baxmayaraq, bu istiqamətdə liderlik edirik”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Qayananın mənzil naziri Kollin Krol deyib.

Qayana rəsmisi çıxışında texnologiya və məlumat paylaşımının, eləcə də yerli idarəetmə orqanlarının gücləndirilməsinin vacibliyinə diqqət çəkib:

“Məlumatların paylaşılmasını təklif etmək, texnologiya və təcrübə fərqin hər iki tərəfi üçün olduqca vacibdir. Eyni şəkildə, yerli idarəetmə orqanlarının səlahiyyətlərini artırmaq lazımdır ki, onlar milli dəstəyi qoruyub saxlaya bilsinlər və birgə əməkdaşlıq şəraitində işləsinlər. Təklif etmək istədiyim sonuncu məqam isə təbiətə əsaslanan və dözümlü şəhər inkişafını təşviq etməkdir”.

Mənzil təminatı sahəsində iqlim şəraitinin mütləq nəzərə alınmalı olduğunu və bu istiqamətdə yerli materiallardan istifadə etdiklərini bildirən Kollin Krol görülən işlərdən nümunələr gətirib:

“İqlim şəraitimizi, iqlim faktorlarını mütləq nəzərə almaq baxımından uyğunlaşma imkanlarımız olub. Beləliklə, daxili bölgələrdə və ya yerli icmalarda ev tikintisi üçün onların əllərində ola biləcəyik yerli materiallardan istifadə edirik. Əgər bu, daha çox meşəlik ərazidirsə, o zaman daha çox ağac materialından istifadə edirik. Ölkəmizin digər hissəsində isə gil tipli materiallarımız var və biz bundan gil tipli evlər tikmək üçün istifadə edə bilmişik”.

Sosial sahədə həssas qrupların mənzil təminatına xüsusi önəm verdiklərini vurğulayan nazir bəyanatını bu sözlərlə tamamlayıb:

“Oxşar şəkildə, tək qadınların başçılıq etdiyi ev təsərrüfatlarını hədəfləyən "Homestead Houses" (Təsərrüfat Evləri) adlı proqram hazırlaya bilmişik. Bu, onlara lazımi mənzil imkanlarını yaratmaq üçündür”.

Qiymət Mahir

TodayPress TV

tag: WUF13,Siyasət,Dünya,Azərbaycan,Todaypress.tv,