Prezidentin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü oldu - YENİLƏNDİ

Xarici siyasət

09.12.2025 18:08

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

TodayPress TV xəbər verir ki, söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi.

Ötən il Baş nazir Robert Fitsonun Azərbaycana, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.

Siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.

Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

15:13

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

TodayPress TV xəbər verir ki, Slovakiyanın Baş naziri dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.

TodayPress TV


tag: Prezident İlham Əliyev,Robert Fitso,Təkbətək görüş,Slovakiya,Todaypress.tv,

photo
photo