Prezident: "Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir"

Xarici siyasət

22.04.2026 21:11

Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir.

TodayPress TV  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. "Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik", - deyən Azərbaycan Prezidenti əlavə investisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.

TodayPress TV

tag: Xarici Borc, ILham Əliyev, Prezident, Bakı, todaypress.tv,