Prezident MDB ilə bağlı Sazişi təsdiqlədi

Prezident MDB ilə bağlı Sazişi təsdiqlədi
15.10.2025 13:14 Xarici siyasət

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər