Prezident İlham Əliyev Peter Pelleqrinini gələn il Azərbaycanda görəcəyinə ümid etdiyini bildirib

Prezident İlham Əliyev Peter Pelleqrinini gələn il Azərbaycanda görəcəyinə ümid etdiyini bildirib
09.12.2025 16:11 Xarici siyasət

"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək".

TodayPress TV  xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.

"Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər