Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq etdi

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq etdi
14.10.2025 16:20 Xarici siyasət

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiq edib.

Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər