Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı

Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı
14.07.2026 11:12 Xarici siyasət

Azərbaycan-Slovakiya arasında əlaqələrin inkişafı uğurla gedir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-ü Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, siyasi təmaslar müntəzəm xarakter alır:

"Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi xatırlayıram. Əlaqələrin dinamik inkişafı hər iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hansı istiqamətlər üzrə fəal iş və dialoq aparılır."

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər