Prezident açıqladı: Ermənistana 12 min ton neft...

Prezident açıqladı: Ermənistana 12 min ton neft...
04.05.2026 12:41 Xarici siyasət

Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik", - İ.Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər