Ombudsman Aparatının rəhbəri beynəlxalq konfransda iştirak etdi

Ombudsman Aparatının rəhbəri beynəlxalq konfransda iştirak etdi
09.10.2025 11:15 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Beynəlxalq Ombudsmanlar İnstitutunun (IOI) Pakistan İslam Respublikasının Lahor şəhərində keçirilmiş Asiya Regional İclasında və “Ombudsman təsisatları vasitəsilə qanunun aliliyinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.

TodayPress TV xəbər verir ki, konfransda “Qanunun aliliyini əlçatan etmək: Ombudsman xalqla hökumət arasında körpü kimi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı Aparat rəhbəri ombudsman və milli insan hüquqları təsisatlarının qanunun aliliyinin təşviqində mühüm rol oynadığını bildirib.

Azərbaycanda Ombudsman təsisatının yaradılmasının insan hüquqlarının qorunması, eləcə də ölkədə qanunun aliliyinin təmin edilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri olduğu qeyd edilib.

Aparat rəhbəri Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib, işgəncələrə qarşı milli preventiv mexanizm, informasiya əldə etmək hüququnun, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının təşviqi, müdafiəsi və təmini, həmçinin bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Müvəkkilin beynəlxalq təşkilatlarla əməkdaşlığa əhəmiyyət verdiyini bildirən A.Səfixanlı Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin qanunun aliliyi hesabatına Azərbaycanın Ombudsmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin müsbət təcrübə kimi qiymətləndirildiyi barədə məlumat verib.

Eyni zamanda, beynəlxalq münaqişələrin beynəlxalq hüquqa, qanunun aliliyinə hörmət prinsiplərinə əsasən həll edilməli olduğu halda, ölkəmizin də uzun illər ərzində ədalətsizliklərə və ikili standartlara məruz qaldığını, torpaqlarımızın işğal olunduğunu, bir milyondan çox insanın fundamental hüquqlarının pozulduğu diqqətə çatdırılıb. Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi, bir milyondan çox insanın pozulmuş hüquqlarını bərpa etdiyi və eyni zamanda, beynəlxalq təşkilatların müvafiq qərarlarının icrasını təmin etdiyi, hazırda regionda sülhün təmin olunması istiqamətində mühüm addımların atıldığı qeyd edilib.

Aparat rəhbəri Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, həmin missiyaların yekunlarına dair hesabatların hazırlanaraq beynəlxalq təşkilatlara və xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər