Məsud Pezeşkian Azərbaycana təşəkkür etdi

Məsud Pezeşkian Azərbaycana təşəkkür etdi
11.02.2026 12:17 Xarici siyasət

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib.

TodayPress TV xəbər verir ki, Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib.

O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur:

“Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər, narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər”.

Pezeşkian Azərbaycan və Azərbaycan Prezidentinə, eyni zamanda, Türkiyə Prezidenti və xarici işlər nazirinə təşəkkür edib.

“Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Misir - bütün bu ölkələrin İranla bağlı qayğıları var idi. Onlar çalışırdılar ki, biz çətinlikləri diplomatiya yolu ilə həll edək. Mən onlara təşəkkür edirəm”, - İran Prezidenti qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Bütün Xəbərlər