Latviya Prezidenti: "Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı"

Xarici siyasət

22.04.2026 21:29

Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı.

TodayPress TV xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışında deyib.

"Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir", - Latviya Prezidenti bildirib.

TodayPress TV

tag: Ağ Şəhər, Latviya, Prezident, todaypress.tv,