Kremldən Vensin İrəvan və Bakı səfərinə reaksiya
"Moskva Vensin İrəvan və Bakıya səfərlərində təhlükə görmür".
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-nin digər ölkələrlə təmaslarından narahatlıqları ilə bağlı suala cavab verərkən deyib.
"Bunlar digər dövlətlərlə qarşılıqlı əlaqədə olmaq hüququna malik suveren dövlətlərdir",-o əlavə edib.
Jalə Rövşən